ABŞ Federal Aviasiya Administrasiyası (FAA) ölkə daxilində bütün uçuşları dayandırmaq qərarına gəlib. Yaranan xaosdan sonra saatlarla hava limanında gözləməli olan sərnişinlər sosial şəbəkədə üsyan ediblər.

QHT.az xəbər verir ki, ABŞ-da gündəm Federal Aviasiya Administrasiyasının (FAA) qərarıdır.

FAA ölkə daxilində bütün uçuşları dayandırdıqdan sonra ölkədə xaos yaranıb.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, FAA bu qərarı sistem nasazlığından sonra verib.

Qurumdan verilən açıqlamada bütün uçuşların qeyri-müəyyən müddətə dayandırıldığı bildirilib.

Hava Hərəkəti İdarəetmə Sistemi Komandanlıq Mərkəzinin bərpası istiqamətində işlərin davam etdiyini bildirən FAA, sistemin yenidən qurulduğunu açıqlayıb.