Şəhərətrafı qatar hərəkət edərkən relslərdəki istinad divarı çökdü, nəticədə bir nəfər öldü, 37 nəfər yaralandı.

QHT.az xəbər verir ki, İspaniyanın Barselona şəhərində 20 yanvar çərşənbə axşamı şəhərətrafı qatar qəzaya uğrayıb. Qəzada ən azı bir nəfər ölüb, 37 sərnişin yaralanıb, onlardan beşi ağır vəziyyətdədir. Qəza relsdəki istinad divarının çökməsi nəticəsində baş verib. Hadisə bazar günü baş verən daha ölümcül qatar qəzasından iki gün sonra qeydə alınıb. Yaralılar üç xəstəxanaya aparılıb, xilasedicilər axtarışları davam etdirir. Ölkədə üç günlük milli matəm elan olunub. Qəzanın səbəbi kimi güclü yağışın divarı zəiflətməsi göstərilir, qatar xidməti müvəqqəti dayandırılıb.

 

R.İmanov