Forum liderləri, logistika və strateji çətinliklər səbəbindən qlobal elitaların illik toplantısını İsveçrənin Davos şəhərindən digər şəhərlərə köçürməyi düşünürlər.
QHT.az xəbər verir ki, Dünya İqtisadi Forumunun (WEF) illik Davos toplantılarının yerinin dəyişdirilməsi müzakirə olunur. Financial Times yazır ki, səbəb iştirakçı sayının artması fonunda Davosun infrastrukturunun (xüsusən mənzil və təhlükəsizlik) yüklənməsidir. Bu ideyanın əsas tərəfdarlarından biri BlackRock-un rəhbəri və WEF-in müvəqqəti həmsədri Larri Finkdir; o, forumun daha inklüziv olması üçün tədbirin başqa şəhərə köçürülməsi və ya növbəli keçirilməsini təklif edir. Variantlar arasında Detroyt və Dublin də var. Müzakirələr, həmçinin Klaus Şvabın 2025-ci ildə istefasından sonra WEF rəhbərliyindəki dəyişikliklərlə əlaqəlidir. Buna baxmayaraq, WEF Davosu hələlik “tarixi və praktik məkan” kimi dəstəkləyir və İsveçrə tərəfi mümkün köçürülməyə qarşıdır.
R.İmanov






