İradə Rizazadə Ermənistan paytaxtı Yerevanda doğulub, təhsil alıb və daha sonra bu şəhərdə öz tələbələrinə dərs deyib. 

 

Əslən iravanlı olduğunu deyən İradə Rizazədə 1988-ci ildə ermənilərlə azərbaycanlılar arasında başlayan münaqişədən sonra öz doğma şəhərini tərk etməli olub.

 

Vüsal Həmzəyevin "Birlikdə yaşamaq" verilişində o, Yerevanda münaqişədən əvvəlki həyat və 1988-ci ildə dəyişən münasibətlərdən danışır.

 

BBC News Azərbaycancanın “Birlikdə yaşamaq” verilişində münaqişə nəticəsində Azərbaycan və Ermənistanı tərk etmiş şəxslər öz hekayələrini bölüşürlər.