Milli Musiqi Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov görkəmli bəstəkar Tofiq Bakıxanovu evində ziyarət edib.
QHT.az xəbər verir ki, dahi musiqiçi görüş zamanı musiqimizdə öz izini qoymuş sənətkarlar haqqında xatirələrini danışıb, arzularını dilə gətirib.
Sosial Xidmətlər Agentliyinin Əlilliyi Olan Şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzinin yetirməsi, I qrup əlilliyi olan Daşqın Abbasovun hazırladığı “Heydər Əliyev Mərkəzi - Buta” kompozisiyası görkəmli bəstəkara təqdim olunub.












