Yaxın Şərqdə gərginliyin kəskin şəkildə artması fonunda İran hakimiyyəti hava məkanını İraq təyyarələri üçün bağladı. Eyni zamanda, Clash Report və POLITICO-ya görə, Birləşmiş Krallıq diplomatik heyətin Tehrandan təxliyə edilməsi qərarına gəlib.

QHT.az xəbər verir ki, İran İraqdan gələn uçuşlar üçün hava məkanından istifadəyə məhdudiyyətlər tətbiq edib. Qərar mülki aviasiya üçün artan risklər və bölgədə mümkün hərbi eskalasiya ilə bağlı məlumatlar fonunda qəbul edilib.

Bağlanma qabaqlayıcı təhlükəsizlik tədbiri kimi qəbul edilir və beynəlxalq aviaşirkətlərin tranzit uçuşlar üçün dəhlizdən istifadə marşrutlarına təsir göstərə bilər.

 

R.İmanov