“29 İqlim Söhbəti: COP29-a gedən yol” proqramı çərçivəsində hökümət və akademik qurumların, beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələrini bir araya gətirən sammitdə dünyanının üzləşdiyi qlobal iqlim və su məsələləri, eləcə də həll yolları müzakirə edilib.

QHT.az xəbər verir ki, BMT Azərbaycan və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertləri su resursları ilə bağlı hazırkı vəziyyət və yaxın gələcək üçün nəzərdə tutulan proqnozlardan danışıblar.

Tədbir mövzu ilə əlaqədar panel müzakirələrlə davam edib.