"Çalxanqala: qaçqınların qayıdış həsrəti" layihəsi çərçivəsində təqdim edilən "Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç" kitabının təqdimatında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov fikirlərini bölüşüb.

QHT.az xəbər verir ki, o, müəllif tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun apardığı tarixi araşdırmaların önəmindən danışlb: “Mən hesab edirəm ki, vətəni, xalqı, milləti üçün istənilən zərər qədər iş olduqca önəmlidir. Daşı daş üstə qoymaq o millətin, o dövlətin vətəndaşı olmaqdır. Səməd Vəkilovun bir neçə təqdimatlarında iştirak etmişəm. Bu məsələlər, araşdırmalar doğrudan da önəmlidir. Biz tariximizi bilməliyik. İstənilən kənd barəsində bu bir həyat hekayəsidir. Biz addım-addım bu məsələləri araşdırmalıyıq, izləməliyik, tarixi bir zəmin yaratmalıyıq,” – fikirlərini ifadə etdi.

İltizam Yusifov həmçinin vurğuladı ki, tarixi yaddaşın inkişafı baxımından yaxın zamanda açıq bir gələcək gözlənilir. “Biz sülhü də ermənilərə təklif etmişdik, qalib bir xalq kimi,” – deyə sözlərini tamamladı.

 

Pərvanə Fərhadqızı