Yanvarın 28-də hüquq müdafiəçilərinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət”) sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək Fondunun (“YAŞAT” Fondu) Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov ilə görüşü olmuşdur.

 

QHT.az xəbər verir ki, görüşdə Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin rəhbəri Səadət Bənanyarlı, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının direktoru Dilarə Əfəndiyeva, Azərbaycan Hüquqmüdafiə Təşkilatları Monitorinq Qrupunun katibi Yeganə Tarverdiyeva iştirak etmişlər.

Görüş zamanı YAŞAT fondunun şəhid ailələri və ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların problemlərinin həll olunması istiqamətində gördüyü işlər barədə fikir mübadiləsi aparılmışdır. Hüquq müdafiəçilərinin həmin kateqoriyadan olan insanlar və onların qohumları ilə təmasda olaraq apardığı iş barəsində məlumat verilmişdir. Eyni zamanda YAŞAT fondunun vətəndaş cəmiyyəti ilə əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı təkliflər verilmişdir.