Hindistanda Tata Electronics şirkətinə məxsus iPhone hissələri istehsal edən zavodda 1 oktyabr 2024-cü ildə yanğın baş verib.

QHT.az xəbər verir ki, yanğın şənbə günü səhər saat 5:30-da başlayıb və kimyəvi tüstülər səbəbindən istehsalat sexinin damı uçub. 523 nəfər evakuasiya edilib, 10 nəfər yaralanıb, onlardan ikisi xəstəxanadadır. Yanğının səbəbləri araşdırılır və zavod hələ açılmayıb. Zavod iPhone korpus hissələri istehsal edir və ilin sonuna qədər smartfonların yığılmasına başlamaq planlaşdırılırdı.

 

Pərvanə Fərhadqızı