Daha əvvəl Pekinin ən yeni sualtı qayıqlarından birini itirdiyi bildirilirdi.

QHT.az xəbər verir ki, bu il gəmiqayırma zavodunda batan əsrarəngiz Çin sualtı qayığı, hibrid “nüvə-ənənəvi” hərəkət sisteminə malik yeni tipli sualtı qayıqların ilki idi. Nəşrin istinad etdiyi Pentaqonun analitiklərinin hesabatına əsasən, sualtı qayıq adi elektrik stansiyasından əlavə kiçik nüvə reaktorundan istifadə edir. Yeni sualtı qayığın ölçüsü əvvəlki Çin sualtı qayıqları ilə eynidir.

Mütəxəssislər sualtı qayığın reaktorunun yanacaqla təmin edilib-edilmədiyini bilmirlər. Çin ordusu və hökuməti insidentlə bağlı səssiz qalıb.

Xatırladaq ki, sentyabrın sonunda Çinin ən yeni sualtı qayığını itirdiyi məlum olub . Gəmini qaldırmaq üçün qəza yerinə iri üzən kranlar gəlib.

 

Pərvanə Fərhadqızı