Mayın 10-da Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş ağacəkmə mərasimində iştirak edib. 

Mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışıb. 

Qeyd edək ki, mərasimdə 100-ə yaxın ağac əkilib.

Ağacəkmə mərasimi çərçivəsində həmçinin Elm və Təhsil Nazirliyinin 7 nəfər əməkdaşının Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilməsi dəstəklənib.