“Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən könüllülük proqramı çərçivəsində gənclərin sosial məsuliyyət hissinin, sosial iş sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə paytaxt və regionalarda təlimlər keçirilir.

QHT.az xəbər verir ki, Şamaxı və Quba rayonlarında təşkil edilən təlimlərdə təlimçi Leyla Məmmədxanlı tərəfindən “Sosial iş, sosial dəyişiklik və ictimai təşviqat” mövzusunda təlim və forum teatr keçirilib.

Təlimlər zamanı sosial iş nədir, mahiyyəti və səviyyələri, baş verən sosial dəyişikliklər və tarixçəsi haqqında geniş məlumat verilib, müasir cəmiyyətin inkişafında sosial iş və xidmətlərin əhəmiyyəti diqqətə çatdırılıb.

Sonra könüllülər komanda şəklində mövzu üzrə forum tamaşa hazırlayaraq təqdim ediblər.