Hakkarinin Yüksekova rayonunda dərə yatağına gizlədilmiş torbalarda 47,5 kiloqram heroin və 8,5 kiloqram sintetik narkotik ələ keçirilib.
QHT.az xəbər verir ki, valilikdən edilən açıqlamaya görə, İl Jandarma Komandanlığı əməkdaşlarının "narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti" cinayətinin qarşısının alınması istiqamətində səyləri davam edir.
Bu çərçivədə mahalın çöl sahələrində axtarış edən qruplar dərə yatağına gizlədilmiş 3 kisə içərisində 47 kilo 500 qram heroin və 8 kilo 500 qram sintetik narkotik maddə ələ keçirdi.












