Bu gün Azərbaycanın müasir tarixində xüsusi yer tutan, Suqovuşanın azad olunmasında göstərdiyi igidliklə xalqımızın qürur mənbəyinə çevrilmiş general-mayor Hikmət Həsənovun doğum günüdür. Vətən müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqla "Qarabağ" ordeni ilə təltif olunan general-mayor 49 yaşını  (9 oktyabr 1975, Pirəhmədli, Füzuli rayonu) qeyd edir.

QHT.az xəbər verir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı fədakar mübarizənin simvolu olan Hikmət Həsənov, hərbi sahədəki xidmətləri ilə yadda qalmış və Azərbaycanın qəhrəman övladlarından biri kimi tarixə düşmüşdür. Onun liderliyi və döyüş meydanında göstərdiyi şücaət bir çoxlarına ilham vermişdir.

General-mayoru bu əlamətdar gün münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, şəxsi həyatında xoşbəxtlik, gələcək fəaliyyətində uğurlar arzulayırıq. Azərbaycanın müdafiəsinə verdiyi dəyərli töhfələr hər zaman yaddaşlarda qalacaq.

Tanrıdan ona uzun ömür və xidmətində yeni zirvələr arzulayırıq!