Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Beynəlxalq Vişeqrad Fondunun elan etdiyi qrant müsabiqəsinə müraciət qaydaları ilə bağlı Gənclər Təşkilatlarının Resurs Mərkəzində maarifləndirmə tədbiri keçirib.
NAYORA-dan QHT.az-a bildiriblər ki, görüşdə Şuranın beynəlxalq əlaqələr və layihələr üzrə katibi Fatimə Əsədova üzv təşkilatların təmsilçilərini qrant müsabiqəsinin şərtləri, layihə yazılışı ilə bağlı məlumatlandırıb, onların suallarını cavablandırıb.
Tədbirdə 23 üzv gənclər təşkilatının rəhbərləri və nümayəndələri iştirak ediblər.












