18 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin 37 əməkdaşı üçün “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusunda onlayn təlim keçirilib.
QHT.az xəbər verir ki, təlim Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev və Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi ictimai birliyinin sədri Zaur İbrahimli tərəfindən keçirilib.
Təlim Açıq Hökumət Platforması ilə əməkdaşlıq çərçivəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyininin (USAİD) maliyyələşdirdiyi Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində həyata keçirilib.
“Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” ilə bağlı keçirilən təlimdə korrupsiyaya qarşı mübarizə, bu sahədə ölkə qanunvericiliyinin tələbləri, dövlət işçilərində dürüstlük, etik dilemmalar, düzgün davranış, dövlət işçilərinin əməl etməli olduğu əsas etik prinsiplər, etik davranış qaydalarına əməl olunmasına nəzarət və digər məsələlər haqqında ətraflı məlumat verilmiş və iştirakçıların sualları cavablandırılmışdır.
Tədbirin sonunda iştirakçılar üçün təlimin nəticələrinin qiymətləndirilməsi təşkil olunmuş və onlayn sertifikatlar təqdim edilmişdir.












