Latviya Sertifikatlaşdırılmış Mediatorlar Şurasının İdarə Heyətinin sədri Faila Abbasova Bakı 9 saylı mediasiya təşkilatının fəaliyyəti ilə tanış olub.

QHT.az xəbər verir ki, Bakıya səfəri çərçivəsində Latviya Respublikasının Sertifikatlaşdırılmış Mediatorlar Şurasının İdarə Heyətinin sədri Faila Abbasova Mediasiya Şurasının üzv təşkilatı Bakı 9 saylı mediasiya təşkilatında olub. Görüşdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Bakı 9 saylı mediasiya təşkilatının rəhbəri Leyla Nəsibova, mediatorlar Türkər Əliyeva, İlham Fərzəliyev və Mehriban Qaffarova iştirak edib.

Faila Abbasova Bakı 9 Saylı Mediasiya Təşkilatının əldə etdiyi nailiyyətlərlə tanış olub, təşkilatın mediatorları ilə Azərbaycan və Latviya təcrübəsində müzakirələr aparıb. O qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Mediasiya Şurası ilə Latviya Sertifikatlaşdırılmış Mediatorlar Şurası arasında imzalanan əməkdaşlığa dair memorandum mediasiya təşkilatlarının və mediatorların səmərəli əməkdaşlığı üçün ciddi bir addımdır. O, Bakı 9 saylı mediasiya təşkilatının uğurlarından şad olduğunu və ölkələrimiz arasında mediatorların inteqrasiyasına güclü dəstək verəcəyini qeyd edib.

Bakı 9 saylı mediasiya təşkilatının rəhbəri Leyla Nəsibova təşkilatın fəaliyyəti, əldə olunan nailiyyətlər barədə qonağa məlumat verib. O qeyd edib ki, Bakı 9 saylı mediasiya təşkilatında təlimçi, peşəkar praktik mediatorlar təmsil olunur. Leyla Nəsibova Mediasiya Şurası və Latviya Sertifikatlaşdırılmış Mediatorlar Şurasının uğurlarından şad olduğunu, imzalanan memeranduma uyğun olaraq Bakı 9 saylı mediasiya təşkilatının bu proseslərə lazımi töhfələri verməyə hazır olduğunu bildirib.