Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, bütün növ əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılır. Pensiyalar hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq tam məbləğdə yenidən hesablanır.

QHT.az xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, məsələn, 550 manat pensiya alan vətəndaşın pensiyası 51,15 manat artaraq 601,15 manat, 400 manat pensiya alanın pensiyası isə 37,2 manat artaraq 437,2 manat olur. Bu artım yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyalarının hamısına şamil edilir.