Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Şuranın Media ilə dövlət qurumları arasında kommunikasiya üzrə Daimi Komissiyasının sədri, "Modern" Media Qrupunun rəhbəri Elşad Eyvazlının 50 yaşı tamam olur.
QHT.az xəbər verir ki, E.Eyvazlı müasir dövr Azərbaycan jurnalistikasının zəhmətsevər nümayəndələrindəndir. Jurnalist fəaliyyətinə 1998-ci ildə “Azərbaycan gəncləri” qəzetində başlayıb. “Hər gün”, “Bizim əsr”, “Fədai”, “525-ci qəzet”, “Üç nöqtə”, “Xəzər” və başqa qəzetlərdə çalışıb. Elşad Eyvazlı Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci il tarixdə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü E.Eyvazlını biz də təbrik edir, ona mənalı və bol-bol müvəffəqiyyətlərlə dolu, daha zəngin ömür yolu arzulayırıq.
Pərvanə Fərhadqızı












