Möhsün Sənaninin anadan olmasının 123 illiyi tamam olur.

Ömrünü teatr və kinoya həsr edən sənətkar, görkəmli səhnə və kino xadimi, Xalq artisti Möhsün Sənaninin anadan olmasının 123 illiyi tamam olur.

QHT.az xəbər verir ki, Möhsün Sənani 1900-cü il 19 iyun Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olub, kiçik yaşlarında ikən ata-anasını itirmiş, nənəsinin himayəsində qalmışdır. 

O, Heydər bəy, Süleyman bəy, Vəli ("Arşın mal alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi rollara çəkilib. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır.

M.Sənani 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa etmişdir. Bunlardan “Səbuhi”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, ", “Sehirli xalat” və s. filmləri qeyd etmək kifayətdir.

 

Pərvanə Fərhadqızı