İstedadlı Əlillər İctimai Birliyinin rəhbəri Qubad Qasımov QHT.az-a açıqlamasında əlilliyi olan şəxslərin (ƏOŞ) məşğulluq və reabilitasiya sahəsində qarşılaşdığı problemlərdən danışıb.

QHT sədri bildirib ki, Sosial Xidmətlər Agentliyinin tabeliyində olan Peşə-Reabilitasiya mərkəzləri tərəfindən yüksək nəticələrlə əlilliyi olan şəxslərin xidmətindədir:

"Ancaq bir cox əliliyi olan şəxlər var ki,Mərkəzlərin tələb etdiyi şətrlərdən, məsələn Peşə-Reabiltasiya mərkəzlərində yaş hətdində uyğnsuzluq olduğunu və ya İnkluziv və Yaradıcılıq mərkəzlərinə 3-6 ay gedib- kəlməklərin bəhanə gətirirlər,bizdə təşkilat olaraq bölgələrdə  icma əsaslı peşə kursları təşkil etməyi düşünürük və eyni zamanda Dövlət Məşğulluq Agetliyinin təşki etdiyi peşə kuslara,özünəməşğulluq proqramları haqında əliliyi olan şəxsləri marifləndirib,onlara bu kimi dəstək görsətməyi planlaşdırırq".

Qubad Qasımov vurğulayıb ki, bu cür təşəbbüslər ƏOŞ-lərin cəmiyyətə inteqrasiyasını və iqtisadi müstəqilliyini artıracaq.

 

Pərvanə Fərhadqızı