Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının sədri, “Sağlamlığa Xidmət” İctimai birliyinin sədri Elçin Muxtarlı​​:

"Hörmətli Cəsarət müəllim,

Sizi və QHT.az saytınızın bütün peşəkar və əzmkar əməkdaşlarını QHT.az saytının 9 yaşı olması münasibətilə ürəkdən təbrik edir və bu şərəfli və uğurlu fəaliyyətinizin uzun ömürlü olmasını arzulayıram. İlk baxışdan 9 yaş elə də böyük zaman kəsiyi deyil. Amma QHT.az saytının bu illər ərzində gördüyü işləri, dövlətimizin sosial-iqtisadi sahəsinin, xüsusilə QHT.az olaraq, Azərbaycan Vətəndaş Cəmiyyəti təşkilat və institutlarının inkişafına verdiyi töhfənin nə qədər vacib və məqsədyönlü olduğunu nəzərə alsaq QHT.az saytının bir neçə on illiklər boyu fəaliyyət göstərdiyini sanırıq.

Azərbaycanda illərlə əzmkarlıqla fəaliyyət göstərən QHT-lərin üzə çıxarılması, onların əməyinin işıqlandırılmasında və ictimai müstəvidə tanınmasında QHT.az saytının müstəsna rolu olmuşdur. QHT.az saytının operativ və dinamik fəaliyyəti onun QHT-lərə dövlət dəstəyi agentliyinə aid olduğunu belə düşünən QHT-lər var.

Dəyərli dost, vətənpərvər jurnalist Cəsarət müəllim, Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının tanınmasında, koalisiyada təmsil olunan QHT-lərin həyata keçirdiyi layihələrin işıqlandırılmasında, ictimaiyyətin diqqətinə çatdırımasında sizin əvəzsiz dəstəyiniz olmuşdur! Gün o gün olsun 90 yaşınızı qeyd edəsiniz! "