“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva:

“İlk növbədə QHT.az saytının rəhbərliyini və bütün əməkdaşlarını, əziz dostlarımızı ürəkdən təbrik edirəm. Bütün əməkdaşlarınıza fəaliyyətiniz boyunca uğurlar, sağlıq arzulayıram. İnşallah vətəndaş cəmiyyətinin hər bir addımını, bütün dünya siyasətini, ölkəmizdə baş verən bütün siyasi prosesləri, ilk aldığımız xəbərləri QHT.az saytından aldığımız üçün sizə minnətdarıq. Bizim üçün ən tez əlçatan, ən operativ xəbər portalı olan QHT.az saytı bu gün hər bir vətəndaş cəmiyyətinin daha çox oxuduğu, daha çox inandığı, güvəndiyi bir saytdır. QHT.az saytının bütün kollektivini çox sevirəm.

İnşallah biz bu saytın 50, 60, 70 illiyini qeyd edək. Bu sayt təkcə vətəndaş cəmiyyətinin deyil, bütün Azərbaycanın sevdiyi, dəstəklədiyi dəqiq məlumatların olduğunu əks etdirən bir saytdır. Bu saytla əməkdaşlıq etdiyim üçün məmnunam. Bizin bütün həyata keçirdiyimiz layihələri, vətəndaş cəmiyyəti olaraq bütün fəaliyyətimizin işıqlandırılması ilk növbədə QHT.az saytından başlayır. QHT.az saytının uğurları bütün vətəndaş cəmiyyətinin uğurudur.

Dəstəyimiz, hörmətimiz, sevgimiz hər zaman sizinlədir. TƏBRİKLƏR!!!”