Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin sədri (DANİB) Elməddin Behbud:
"2015-ci ildən etibarən fəaliyyət göstərən QHT.az saytının bu gün 9 yaşı tamam olur. Qht.az ötən dövr ərzində vətəndaş cəmiyyətinin, xüsusi ilə də onun qeyri-hökumət təşkilatarı seqmentinin çoxprofilli fəaliyyətinin obyektiv şəkildə ictimaiyyətə çatdırılmasında, QHT-lərə informasiya dəstəyi verilməsində aktiv rol oynayıb. Bu sayt eyni zamanda QHT liderlərinin ölkənin ictimai həyatının ana mövzuları və cəmiyyət üçün aktuallıq kəsb edən məsələlər barədə fikirlərini tirajlayan başlıca media tribunası olub. Sayt ictimai təşəbbüskarlığın inkişafında, QHT-lərin cəmiyyət həyatındakı rolunun doğru şəkildə təqdimatında effektiv rol oynayıb. QHT.az ixtisaslaşmış sayt olmaqla yanaşı həmçinin, müxtəlif istiqamətlər üzrə ölkə həyatına dair maraqlı xəbərlərin yayımlandığı media orqanıdır.
QHT.az-ın 9 yaşı münasibəti ilə başda Cəsarət Hüseynzadə başda olmaqla saytın kollektivini təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram".












