İyunun 14-də "Yaşıl dünya naminə həmrəylik ili" və "Yaşıl UNEC ili"nə həsr edilmiş "Eko Dilçilik” mövzusunda Xarici dil müəllimlərinin II Beynəlxalq Forumunu (IFFT)-2024 keçiriləcək.

QHT.az xəbər verir ki, forum UNEC-in rəsmi dil mərkəzi olan UNEC Language Center-in təşkilatçılığı, British Council-ın, Yelo Bankın və ADPU-nun dəstəyi ilə baş tutacaq. Forumun “workshop" hissəsində (20 iyun) BritishCouncil-ın təlimçiləri ilə UNEC-in xarici dil müəllimləri tərəfindən 11 təlim də keçiriləcək.