Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin Sədri Himalay Məmişov və onun komanda üzvləri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov və Şuranın üzvləri arasında konstruktiv, məzmunlu görüşü keçirilib.
QHT.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov məlumat verib. QHT sədri qeyd edib ki, görüşdə ölkənin sosial və iqtisadi həyatında çox mühüm rola malik olan Fondun fəaliyyət istiqamətlərini, o cümlədən Fondun bu ildən õlkə iqtisadiyyatında mühüm investora çevrilməsini, bütövlükdə respublikada sosial müdafiə sistemində aparılan islahatların müxtəlif aspektlərin müzakirə edilib: “2024-cü ildə Fondun büdcəsinin 7 milyard manata qədər çatdırılması, o cümlədən Fond tərəfindən ölkə iqtisadiyyatına 1 milyard manatdan artıq vəsaitin yatırılması Fondun ölkə iqtisadiyatındakı rolunu göstərir. Eyni zamanda, hesab edirəm ki, Fondun xərclərinin artması, Fonda Dövlət Büdcəsindən köçürmələrin payının azalması, Fondun inkişaf institutu kimi fəaliyyət göstərməsi sosial müdafiə sisteminin hədəflərindəndir”.
Pərvanə Fərhadqızı












