"DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində çox məzmunlu və müsbət emosiyalarla dolu tədbir keçirdik. Fikrimcə, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti bir daha təsdiq edir ki, əhalinin müxtəlif, o cümlədən xüsusi həssas kateqoriyalarının əməyə istiqamətləndirilməsi, eyni zamanda həmin insanların sosial müdafiəsi prosesi sistemli olmalı və yalnız maddi odənişlərdən deyil, həm də insanların yaradıcı potensiallarının ifadə edilməsinə müvafiq şəraitin formalaşdırılmasından ibarət olmalıdır".
QHT.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi yanında İctimai Şuranın sədri Elşad Məmmədov bildirib. O, qeyd edib ki, ölkənin 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST konsepsiyası məhz bu meyarlara cavab verir və cəmiyyət belə təşəbbüsləri müsbət qarşılamalıdır: "Dəvətə və səmimi qəbula görə Mərkəzin rəhbəri Nigar xanım Məmmədovaya və qurumun bütün kollektivinə dərin təşəkkürümü bildirirəm".
Pərvanə Fərhadqızı












