Böyük Sahil Aclığı həm bioloji, həm də psixoloji səbəblərə bağlıdır.
QHT.az xəbər verir ki, çimərlikdə olarkən insanların daha çox yemək istəməsi elmi izahı olan bir haldır. NY Nutrition Group-un baş direktoru Lisa Moskowitz qeyd edir ki, bu aclıq vücudun daha çox qida istəməsi və qan şəkərindəki dəyişikliklərdən qaynaqlanır. Emosional olaraq isə, digər insanların yemək yeməsi və ya nostalji hisslər çimərlikdə daha çox yemək istəyini artırır. Ayrıca, qida çoxları üçün zövq mənbəyidir və insanlar sahildə olarkən bu zövqdən yararlanmağa çalışırlar. Elm adamları isə düzgün günəşdən qoruyucu vasitələrin istifadəsinin vacibliyini vurğulayırlar.
Pərvanə Fərhadqızı










