Deputat Vüqar Bayramovun məlumatına görə, 2024-cü ilin ilk yarısında Azərbaycana gələn turistlərin sayı 34% artaraq 1 milyon 231 minə çatıb.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, turistlərin milli mənşəyi arasında Rusiya liderdir (29,2%), onu Türkiyə (17,3%) və Hindistan (9,7%) izləyir: "Hindistan, Cənubi Koreya, Çin və digər ölkələrdən gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Körfəz ölkələrindən gələn turistlərin sayı 49%, Avropa İttifaqından gələnlərin sayı 30%, MDB ölkələrindən gələnlərin sayı isə 22,3% artıb. Turizm sektoru, neftdən sonra ölkəyə ən çox valyuta gətirən sektor olaraq qalır və pandemiya öncəsi gəlir səviyyələrinə çatmaq prioritetdir".










