Baş verən hadisələr, siyasi vəziyyət dünyada baş verən hadisələrlə birmənalı olaraq əlaqədardır və bu koronavirus deyilən xəstəlik dünyanı zəbt edib ki, arzu edirik tezliklə bu dərd-bəla da qurtarsın. Buna baxmayaraq həyat davam edir, bu gün dövlətimiz, dövlətçiliyimiz uğrunda gedən mübarizə davam edir. Ali baş komandan, dövlət başçımız Cənab İlham Əliyev hər zamankı kimi iş başındadır, hər kəsə düzgün yol göstərir, insanların bu bəladan qorunması, bu gedən proseslərə reaksiya verməsi üçün hörmətli vitse-prezident Mehriban xanım Əliyeva ilə bir yerdə gözəl yol göstərir, dövlətimiz, dövlətçiliyimiz uğrunda mübarizə aparır.” Bu sözləri SİA-ya açıqlamasında "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mehriban Abdullayeva deyib.

İctimai Birliyin sədri qeyd edib ki, siyasi partiyalara, insanlara münasibət birmənalı olaraq Azərbaycanın gələcəyi üçündür, azərbaycanda inkişaf edən gənc nəsil üçündür və görülən tədbirlər də insanların, vətəndaşlarımızın indi olduğu kimi gələcəkdə də daha demokratik bir ölkədə, rahat və mükəmməl bir şəkildə yaşaması üçün aparılan mübarizədir.

“Cənab Prezident tərəfindən vətəndaşlarımız üçün yaradılan demokratik şərait, insanların fikirlərinin dinlənilməsi, hər kəsə siyasi mənsubiyyətindən asılı olmayaraq eyni münasibət bəslənilməsi Azərbaycanın gələcəyi üçün, daha gözəl günlər üçündür. Bizim bir düşmənimiz var, o da ermənidir və bu gün bizim bir olmağımız, vahid düşmənə qarşı birləşməyimiz vacibdir. Biz fikirləşməliyik ki, torpaqlarımız işğaldan azad olunsun, qaçqın və məcburi köçkünlərimiz öz torpaqlarına qayıtsınlar. Azərbaycanın dilbər guşəsi olan Qarabağ bu gün qan ağlayır. Bizə düşmən axtarmaq lazım deyil və bizim düşmənimiz bəllidir ki, bu ermənidir. Millət indi bir olmalıdır. Biz indi bir millət, bir xalq kimi özümüz özümüzü müdafiə etməliyik. Bizim bu gün güclü ali baş komandanımız var və biz onun ətrafında sıx birləşməliyik. Biz bu birlik və ölkə başçısının rəhbərliyi ilə düşmənimizə qalib gələ, daha firavan yaşaya bilərik. Mən bu yolda ali baş komandanımıza, Cənab İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya uğurlar, müvəffəqiyyətlət arzu edirəm. Eyni zamanda mən Azərbaycan xalqına, hər bir vətəndaşımıza uğurlar arzu edirəm və gələcəyimiz üçün, Azərbaycanımız üçün, ölkəmizin gələcəyi üçün möhkəm sıxlaşmağı, bir olmağı, birliyi arzu edirəm”, deyə Mehriban Abdullayeva bildirib.

Müəllif: İnam Hacıyev