Oktyabrın 25-də Azərbaycan Dövlət İqtisad Universitetində Qeyri Hökümət Təşkikatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşən, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin həyata keçirdiyi "Danış, səni tanısınlar!" gənclərin özünüifadə imkanlarının genişləndirilməsi təlimləri adlı layihə çərçivəsində gənclər və tələbələrlə görüş keçirilib.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi, tələbə və gənclərə karyera planlaşdırılmasında "Yumuşaq bacarıqların" təsirləri haqqında məlumat verilməsi, onlarda çevik bacarıqları inkişaf etdirməsinə yardım etməkdir. Layihənin əsas əhəmiyyəti, regionda yaşayan gənclərə, yeni biliklərə, muasir trendlərə çıxışın təmin edilməsi, əmək bazarında muasir tələblər haqqında məlumatların çatdırılmasıdır. Layihənin icrasının nəticəsində gənclərin gələcək karyera planlaşdırılmasın əhəmiyyətli təsirləri olacaqdır.

Tədbiri UNEC "Karyera planlaşdırılması və inkişafı" kafedrasının müdiri s.f.d Rəşad Məhərrəmov açaraq layihənin mövzüsunu aktuallığı haqqında və tələbələrdə böyük marağa səbəb olduğunu söyləyib. Sonra layihənin rəhbəri Eyyub Kərimli layihənin məqsədi və vəzifələri, təsirləri və əhəmiyyəti haqqında geniş məlumat verib. 5 region universitetlərini əhatə edən və icrasında ümumilikdə 2000-ə yaxın gənc bəhrələnən layihə çərçivəsində hazırlanmış "Danış, səni tanısınlar!" filmi nümayiş etdirilib. Film çoxsaylı auditoriyanın marağına səbəb olub. Sonra, layihənin təlimçisi, tanınmış səlist nitq mütəxəssisi, Diksiya Akademiyasının rəhbəri Cəlalə xanım Nəzəroğlu çıxış edib. Səlist danışığın insanların həyatına təsirləri haqqında, səlist nitqin və özünüifadənin karyeranın formalaşmasına təsirləri barəsində geniş məlumat verib.

UNEC tələbə və müəllimlərinin iştirak etdiyi tədbirin digər iştirakçısı Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov çıxış edərək ölkədə əmək bazarının təhlili, aktual peşələr, əmək bazarında yeni tələblər haqqında geniş məlumat verib. Tələbələri maraqlandıran suallarını əhatəli cavablandırdı.

 

Pərvanə Fərhadqızı