Bu gün UNEC Dekanlar Şurasının ilk toplantısı keçirilib.

QHT.az xəbər verir ki, Azərbaycan İqtisadiyyat Universitetinin rektoru Ədalət Muradov bu barədə məlumat verib: “Təcrübənin yeni qaydalara uyğun təşkili vəziyyətini, fakültələrin idarəetmə sisteminin optimallaşdırılması məsələlərini müzakirə etdik və zəruri tapşırıqlar verdim. UNEC Albaniyanın Tirana şəhərində keçirilən Ümumdünya Təhsil Sərgisində Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə yeganə ali təhsil müəssisəsi olaraq təmsil olunub”.

Qeyd edək ki, Balkan regionunda ilk dəfə təmsil olunan UNEC sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb. UNEC stendini ziyarət edənlərə əcnəbi tələbələr üçün təhsil imkanları, beynəlxalq əməkdaşlıq, tədris proqramları barədə məlumat verilib.

 

 

Pərvanə Fərhadqızı