Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransının Yaşıl Zonası üçün biletlər 9 noyabrdan etibarən ödənişsiz olaraq onlayn şəkildə əldə edilə biləcək.

QHT.az xəbər verir ki, geniş ictimaiyyət üçün açıq olan Yaşıl Zona, iqlim məsələləri üzrə müxtəlif tərəflərin bir araya gələcəyi məkan olacaq. Biletləri iTicket platforması üzərindən elektron formada sifariş etmək mümkündür. Tədbirin dayanıqlılıq prinsipləri nəzərə alınaraq, biletlərin çap edilməsi tələb olunmur. Əlavə məlumat üçün COP29-un rəsmi saytına müraciət edə bilərsiniz.