BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına hazırlıq məqsədilə Təşkilat Komitəsi 8-ci iclasını keçirib.

QHT.az xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev qeyd edib ki, COP29-a sayılı günlər qalıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişləri ilə hazırlıq işləri daha da sürətlənib və yekunlaşmaq üzrədir.