Çinin şimalındakı Hebei əyalətində şiddətli yağışlar yağıb.

QHT.az xəbər verir ki, son leysanların səbəb olduğu təbii fəlakətlər nəticəsində 29 nəfər ölüb. Daha 16 nəfərin itkin düşdüyü bildirilir. İnsanlar ev-eşiklərindən təxliyə olunublar.

Məlumat üçün bildirək ki, dünyada ən güclü leysan 1913-cü ildə Havay adalarında (21 mm/dəq), Azərbaycanda isə 1959-cu ildə Zaqatala rayonunda (10,7 mm/dəq) müşahidə edilib.

 

Pərvanə Fərhadqızı