BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo Bakı Limanına səfər edib. Xanım Rokkasalvonun rəhbərlik etdiyi BMTİP Azərbaycan nümayəndə heyəti Bakı Limanının baş direktoru Taleh Ziyadov ilə görüşüb.
QHT.az xəbər verir ki, Bakı Limanının dayanıqlı inkişaf təşəbbüslərini sürətləndirmək üçün ətraf mühitin mühafizəsi və layihələr üzrə tərəfdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.
Dənizçilik sahəsində qadınların rolunun artırılmasının, əhatəli əməkdaşlığın, Ələt icmasının sosial və peşə proqramlarına cəlb edilməsi üçün birgə resurslardan istifadənin əhəmiyyəti vurğulanıb.












