Bakıda Beynəlxalq Azərbaycan-Çin Şirkətləri Ticarət Sərgisi keçirilir. Sərgidə iki ölkənin müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri iştirak edir. Tədbirin məqsədi Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlığı genişləndirmək, yeni biznes əlaqələri qurmaq və hər iki ölkənin sahibkarlarını bir araya gətirməkdir.
QHT.az xəbər verir ki, sərgidə texnologiya, sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sektoru ilə bağlı məhsul və xidmətlər nümayiş etdirilir. Azərbaycan və Çin şirkətləri arasında əməkdaşlıq və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar yaranıb.
Sərgi iş adamları və investorlar üçün yeni tərəfdaşlıqlar qurmaq və əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün önəmli platforma kimi dəyərləndirilir.










