Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Ümumilli lider Heydər Əliyevin vətənpərvərlik məktəbinin yetiştirdiyi gənclik” layihəsi çərçivəsində 21 oktyabr 2024-cü ildə Bərdə  şəhərində Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində tələbə-gənclərlə maarifləndirici görüş keçrildi.   

Tədbiri giriş sözü ilə açan Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev iştirakçıları salamladıqdan sonra Ümumilli lider Heydər Əliyevin və onun layiqli davamçısı prezident cənab İlham Əliyevin Azərbaycan gənclərinə hər zaman göstərdiyi diqqət və qayğıdan danışdı. Bu diqqət və qayğının bariz nümunəsi olaraq rəhbərlik etdiyi Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində tələbə-gənclərlə yaradılan şərait və onların vətənpərvərlik ruhunda yetişməsi üçün dövlətin yaratdığı geniş imkanlardan bəhs etdi.

Sonra söz Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və “Ümumilli lider Heydər Əliyevin vətənpərvərlik məktəbinin yetiştirdiyi gənclik” layihəsinin rəhbəri Emin Həsənliyə verdi. Emin Həsənli gənclərimizin milli və vətənpərvər ruhda yetişməsi istiqamətində təməli ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan və müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yeni mərhələyə qaldırılaraq uğurla həyata keçirilən mütərəqqi gənclər siyasəti haqqında ətraflı danışaraq bildirdi ki, ikinci Qarabağ müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq Ümumilli lider Heydər Əliyevin vətənpərvərlik məktəbinin yetiştirdiyi gənclikliyin millətimiz və dövlətimiz qarşısında müqəddəs borclarının layiqincə yerinə yetrilmələrinin sübutu idi. Sonra mövzu haqqında danışmaq üçün söz layihənin eksperti, Qarabağ qazisi Taleh Əliyevə verildi.  Ekspert Taleh Əliyevdə öz növbəsində bildirdi ki, hələ Sovet İttifaqı vaxtı Azərbaycanl gənclərin SSRİ-nin qabaqçıl ali məktəblərinə göndərməsi, Bakıda Cəmşid Naxçıvanski adına hərbi litseyi açması və onun ardınca Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini açmaqla gənclərimizin həm hərbi həmdə digər sahələrdə dərin biliklərə yiyələnməsinə şərait yaradırdı. Bu siyasət müstəqil Azərbaycanda da uğurla davam etdirildi. Azərbaycan gəncləri bu dəfə dünyanın ən qabaqcıl ali məktəblərinə dövlət vəsaiti hesabına oxumağa göndərildi. Sonda Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbə-gəncləri çıxış edərək öz təsüratlarını bölüşdülər.