BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi və Bakı Metropoliteni QSC ilə əməkdaşlıq çərçivəsində Bakının İçərişəhər metro stansiyasında "İqlim böhranları: Didərginlik reallıqları" adlı foto sərgi quraşdırılıb.
QHT.az xəbər verir ki, sərgidə Suriya, Myanma, Banqladeş və Əfqanıstan kimi iqlim böhranının təsirlərinə məruz qalmış bölgələrdən real görüntülər nümayiş olunur. Bu sərgi, iqlim tədbirlərinin təxirəsalınmazlığını və həssas durumda olan icmalara dəstək göstərmək üçün qlobal əməkdaşlıq zərurətini vurğulayan COP29 məlumatlandırma kampaniyasının bir hissəsidir. Nümayiş olunan görüntülər iqlim dəyişikliyi və didərginlik arasındakı əlaqə barədə təsəvvür yaratmağa xidmət edir.












