ABŞ prezidenti Co Baydenin Delaverdəki evində yeni məxfi sənədlər tapılıb. Bu üçüncü kəşfdəki sənədlər də Baydenin vitse-prezidentliyinə aiddir.
Baydenin öz komandası tərəfindən aparılan axtarış nəticəsində kitabxanada olduğu deyilən 6 səhifəlik sənəd dərhal milli arxivə qaytarılıb. Bir müddətdir ABŞ siyasətini zəbt edən məxfi sənədlər məsələsi Baydenin 2024-cü il namizədliyini çətinləşdirib. Keçən avqustda FTB keçmiş prezident Donald Trampın Floridadakı evinə basqın edib və orada olduğu bilinən məxfi sənədləri ələ keçirmişdi. Əməliyyatdan sonra Bayden Trampı “məsuliyyətsiz olmaqda” ittiham edib. İndi belə bir fikir var ki, Baydenin evindən çıxan sənədlər Tramp üçün böyük hədiyyədir.












