Serbiya prezidenti Aleksandar Vucic Rusiyaya xəbərdarlıq edib ki, Rusiya hərbi şirkətinin “Vaqner”in ölkəsindən əsgər toplamaq cəhdlərini dayandırsın.
QHT.az xəbər verir ki, Serbiya mətbuatında çıxan xəbərlərdə Vuçiçin Vaqnerin Serbiyadan əsgər toplamaq cəhdləri ilə bağlı açıqlamalarına yer verilib.
Vuçiç serbləri Ukraynada döyüşməyə çağırmağın ədalətli olmadığını deyib və əlavə edib: "Serbiya Avropada Rusiyaya sanksiya tətbiq etməyən yeganə ölkədir. Rusiya Vaqnerin Serbiyadan əsgər toplamaq cəhdlərini dayandırmalıdır. "Bu cür yanaşma Serbiya qanunlarının əksinədir.” - deyə qeyd edib.
Bu arada bildirilib ki, Moskvayönümlü RT xəbər portalı serb dilində Vaqnerin Ukraynada döyüşçülər axtardığına dair elan dərc edib və insanları buna təşviq edib.
Bunun üzərinə keçən həftə Serbiyaya səfər edən ABŞ dövlət katibinin müşaviri Derek Chollet Vaqnerin oradakı fəaliyyətindən narahat olduqlarını bildirib.
Digər tərəfdən, rus oliqarx Yevgeni Priqojinin sahibi olduğu "Vaqner"in Afrika qitəsi başda olmaqla bir çox ölkədə fəaliyyət göstərdiyi bilinərkən, sözügedən rus hərbi şirkəti Serbiyada "dostluq və əməkdaşlıq mərkəzi" qurduğunu açıqlamışdı.












