Müvəkkil Hüquq Mərkəzinin "Qərbi Azərbaycan haqqında həqiqətlərin araşdırılması və təbliği" layihəsi çərçivəsində Göyçə mahalının Mollalı (Alçalı) kəndindən Bərdə rayonunun İmirli kəndinə deportasiya edilmiş əhalinin iztirab dolu məcaralı həyat hekayəsinə işıq salan Baxış Fətəliyev həyacansız dinləmək mümkün deyil. 
 

Fətəliev Baxış Həsən oğlu  1940-cı ildə Göyçə mahalının   Mollalı (Alçalı) kəndində anadan olub. 1947-ci ilin sentyabrında Mollalıda birinci sinifə gedib, 2-ci sinifə kimi Mollalıda oxuyub. 1949-cu ildə  Mollalı kəndindən təxminən on ailə  deportasiya edilərək Əlibayramlı (Şirvan) rayonun Cəngən kəndinə getməli olublar  1951-ci lədək orada yaşayıblar. 
 B.Fətəliyev: “3-cü sinifi Muğan Gəncəli kəndində davam etdim. Orada iqlimə uyğunlaşa bilmədik. Çox böyük çətinliklə köç biletlərimizi dəyişdirib Bərdə rayonun İmirli kəndinə köçdük. Sonra  7-ci sinfə kimi Şahvəllər kəndində oxudum. 1955-ci il Ağdam Mexanikiləşmə Texnikomuna daxil olmuşam. 1959-cu ildə Texnikomu bitirib. 1963-cü ildək 3 il kolxozda işləyib.  işlədim. 1963/1969-cü illərdə  Kəncə Kənd Təsərrüfatı İnstitunda  ali təhsil almışam. 1963-cü ildən 1970-ci ildə Bərdə rayonun Su Meloraisya  İdarəsində,  Qarabağ Tikinti İdarəsində baş mexanik kalon rəisi işləmişəm. 1970-ci ildə Bərdə rayon Partiya Komitəsinin qərarı ilə Bərdə rayonun 4 Nömrəli Mexanikiləşdirmə İdarəsinin rəsi təyin olunudum. 1977-ci ildə Bərdə rayonun Maşın Melorasiya Stansiyasının direktoru təyin olundum. 1977-ci ildən Bərdə Komnust Partiaysının Bürosunun qərarı ilə E.Telman adına kolxozun sədri işlədim”.      

 

1981-ci ildə Bərdə rayon Yol İdarəsinin müdiri. 1985-ci ildə 4 nömrəli Beton Məmulatları zavodunun müdir vəzifəsində işləyib. Əməkdə igidliyə görə medal. Qırmızı əmək bayrağı ordeni. 2 çağırış rayon sovetinin deputatı olub. Hazırda Bərdə rayonun İmirli (Əmirli) kəndində yaşayır.  
 

 B.Fətəliyev Mollalı kəndindin tarixi haqqında belə söyləyir: “ Kəndimizin əhalisi Türkiyənin Axura kəndindən Əvvəlcə Zəngibasara gəliblər orada bir kəndə məskunlaşıblar. Kəndə su qıtlığı olduğundan axtara-axtara  Göyçə mahalının Mollalı (kəndin adı müxtəlif vaxtlarda Qəfərli, Alaçalı adlandırılıb) kəndinin, yurd yeri seçiblər. Mollalı dağ yeri olub. Kəndin əvvəlcə əhalisi yalnız Azərbaycan türkləndən ibarət olub. Sonra otuzuncu illərdə  ermənilər də gəlməyə başlayıb. 1947-ci ildə isə  Livan ermənilərinin  kütləvi köçü başlayıb yalnız bundan sonra  kənd əhalisinin 50 faizi erməni 50 faizi isə müsəlman oldu. 
 

B.Fətəliyev köç hadisəsini belə xatırlayır:  “1949-cu ilin dekabr ayında   qarlı yağışlı dumanlı bir gündə bizi  gətrdilər Yerevanda bir gün qaldıqdan sonra   yük vaqonlarına mindirib Əli bayramlının Cəngən kəndinə gətirdilər. Bizi böldülər yerli adamların  evlərinə. Atam Həsən kişi 100 qoyun gətirmişdi Cəngən kəndində qoyunlar hamsı istiyə düşdü öldülər.  Kəndimizin  3  cavan gəlini Rübabə, Cəvahir (Məhərrəm əmimin qızı )  Sarıtel Kürdə   boğuldular. Rübabə ilə Cəvahiri xilas etmək mümkün olmadı anacaq Sarıteli çətinliklə xilas etdilər. Biz artıq başa düşdük ki, bu iqlimdə yaşaya bilməyəcəyik.  Mollalı kəndinin sakinləri Fətəliyev Məhyəddin , Hüseynov Kamil, Həsənov Fərzalı, Abbasov Həmid, və.s Bakıya köç komisiyasına bildiridilər ki biz bu şəraitdə yaşaya bilmirik. Köç komisiyası bildirdilər ki, siz gedib özünüz  yer müəyyənləşdirin biz sizə həmin yerə köçməyə yardım edərik. Biz gəldik Bərdə rayonunun  İmirli kəndində öz həmyerlilərimizin olduğunu bilib buranı uyğun gördük və buraya köçdük.  1952-ci ildə köç komissiyasının razılığı ilə kolxoza daxil olduq”. 
B.Fətəliyevin ən böyük arzusu dünyaya göz açdığı doğma Mollalı kəndində qayıtmaqdır. 

 Səməd Vəkilov