Azərbaycan ilə Fransa arasında ticarət dövriyyəsi 2022-ci ildə 274 milyon dollar olub. Bunun 222.8 milyon dolları, yəni əhəmiyyətli hissəsi Fransadan idxal idi.
QHT.az xəbər verir, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, 2023-cü ilin ilk 11 ayında isə 514.2 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb: "Ötən il ölkələr arasında ticarət dövriyyəsində kəskin artım müşahidə olunub. Bunun 382.3 milyon dolları Fransadan idxal olub. Yəni, Azərbaycan ilə ticarət hesabına Fransa şirkətləri 2023-cü ildə birbaşa 400 milyon dollara yaxın valyuta qazanıblar. Ticarət dövriyyəmizdə 250.2 milyon dollarlıq mənfi saldo qeydə alınıb. Fransadan idxal etdiyimiz malların siyahısına gəldikdə isə 40,9 milyon dollarlıq dərman vasitələri, 9,2 milyon dollarlıq traktorlar, 3,4 milyon dollarlıq sürtkü yağları, 2,3 milyon dollarlıq kərə yağı, digər süd yağları və pastaları, 1. 2 milyon dollarlıq təbii üzüm şərabları və üzüm suslosu və s. xüsusi paya malikdir. Azərbaycan isə Fransaya strateji məhsullar göndərib".
Vüqar Bayramov həmçinin bidirib ki, Fransa ilə idxal və ixracatımızın strukturu göstərir ki, iki ölkə münasibətləri daha da gərinləşəcəyi halda Azərbaycan qısa zamanda alternativ mənbələrdən bu dövlətdən idxal etdiyi məhsulları əvəzləyə biləcək. Gərgin münasibətlər isə Fransa şirkətləri üçün illik 400 milyon dollar ziyan demək olacaq. Azərbaycanın Fransaya ixracatı strateji məhsullar olduğu üçün həmin məhsulların alternativ bazarları kifayət qədər çoxdur.
Pərvanə Fərhadqızı












