Son illər Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin kifayət qədər dərinləşməsi müşahidə olunur. Ölkələr fərqli beynəlxalq və regional platformalarda qarşılıqlı dəstək nümayiş etdirirlər. Azərbaycan Prezidenti dünən Mərkəzi Asiya Dövlət Başçılarının 5- ci Məşvərət görüşündə iştirak edib. İclasa Azərbaycanın da dəvət olunması ölkəmizə olan inam və etimadın nəticəsidir.
QHT.az xəbə verir ki, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Mərkəzi Asiya region dövlətlərinin iqtisadiyyatlarının ümumi real həcmi 1 trilyon 412 milyard dollara çatıb: “PPP ilə ÜDM-in həcmi Qazaxıstanda 604,551 milyard dollar, Özbəkistanda 420,0 milyard dollar, Azərbaycanda 189,9 milyard dollar, Türkmənistanda 117,77 milyard dollar, Qırğızıstanda 43,318 milyard dollar və Tacikistanda 37,235 milyard dollardır. Bu, regionun artan iqtisadi gücünün göstəricisidir”.
Ekspert həmçinin qeyd edib ki, Azərbaycan beynəlxalq yükdaşımaların artırılması üçün həm infrastrukturun inkişaf etdirilməsi, həm də institutsional dəyişikliklər sahəsində fəaliyyətləri gücləndirib: “Bakı Ticarət Limanının imkanları 15 milyon tondan 25 milyon tona qədər artırılır. Bu, Azərbaycan daxil olmaqla region üzərindən daha çox yüklərin daşınmasına imkan verəcək”.
Pərvanə Fərhadqızı












