Sabah Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası fonunda xüsusi əhəmiyyət kəsb edir. Bu olduqca əhəmiyyətli bir gün kimi Azərbaycan tarixində özünəməxsus yer tutacaq. Seçkilər, prosesdə diqqət yetiriləcək məsələlər, həyata keçirilən tədbirlərlə bağlı Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov QHT.az- a MÜSAHİBƏ verib. Həmin müsahibəni təqdim edirik.
QHT.az: Azər müəllim, qarşıdan gələn prezident seçkiləri ilə bağlı ümumi qiymət verə bilərsinizmi?
Azər Allahverənov: 2024-cü il fevral ayının 7-də Azərbaycanda keçiriləcək prezident seçkiləri bir çox göstəricilərinə görə kifayət qədər əhəmiyyətli, bir növ taleyüklü hadisə hesab olunur. Hər bir vətəndaşımızın arzusu idi ki, ölkənin ərazi bütövlüyü təmin edilsin. 30 ilə yaxın ölkənin 1/5 hissəsi işğal altında olub, mənəvi, psixoloji cəhətdən natamamlıq hiss olunub. İnsanlar seçkilərdə iştirak edib, amma işğal olunmuş ərazilərimizdə seçkilər keçirilmədiyi üçün xoş olmayan hislərlə seçkilərə qatılırdılar. 7 fevral prezident seçkilərində artıq bir gün qalmağına baxmayaraq, vətəndaşlar arasında coşqunun yaşandığını görürük. Onların bu seçkilərdə böyük məmuniyyətlə iştirak edəcəyi, öz layiqli namizədinə səs verəcəyi əminliklə bildirilir və bunun da əsas səbəbkarı Müzəffər Ali Baş Komandan İlham Əliyevdir ki, 30 ilə yaxın olan işğala son qoydu və ölkənin ərazi bütövlüyünü tam təmin etdi. Bu gün Şuşa və Xankəndi şəhərlərində Azərbaycan Respublikasının 3 rəngli bayrağı dalğalanır. Böyük qürur hissi ilə bildirir ki, hər bir Azərbaycanlının qəlbində uzun illər yaşanan torpaq nisgili, torpaq həsrətinə son qoymuş Ali Baş Komandandır. Bu gün Azərbaycanda məhz onun seçkiləri keçirilir, bu seçkilərin kifayət qədər ruh yüksəkliyi şəraitində keçiriləcəyinə əminik. Seçkilər demokratik prinsiplərə, demokratik qaydalara uyğun, tam şəffaf şəkildə keçiriləcək. Buna hər hansı şübhə olmamalıdır. Bu gün Azərbaycan Respublikasının seçki hüququna malik olan vətəndaşı bu seçkilərə xüsusi bir əzmlə həvəslə hazırlaşır. Bunun əsas səbəbkarı, memarı da məhz Cənab lham Əliyevdir. Preziden seçkilərində insanların artıq seçki prosesi öncəsi münasibət göstərməsi, mövqe ortalığa qoyması vətəndaş olaraq məni sevindirir. Çünki əvvəlki seçkilərdə də biz dəfələrlə iştirak etmişik, müxtəlif statuslarda məntəqələrdə, dairələrdə olmuşuq, tək səsvermə ilə seçki hüququmuzu realizə etməmişik, həm də müşahidəçi qismində də olmuşuq. Əminliklə deyə bilərəm ki, elan olunmuş prezident seçkilərinin növbədənkənar və qısa müddətdə olmasına baxmayaraq, çoxşaxəli və kifayət qədər mütəşəkkil qaydada hazırlıq işləri gedir. Hansı ki, ölkə daxilində, ölkə hüdudlarından kənarda fəaliyyət göstərəcək seçki məntəqələri ilə bağlı siyahıların müəyyən olunması, seçkilərdə iştirak edəcək şəxslərlə bağlı gündəlik rutin işlərlə bağlı işlər, bildirişlər evlərə paylanılır, mobil operatorlardan mesajlar gəlir. Seçkilərdə iştiraka çağırış edən bu kimi mesajlar olmasa belə ölkənin həm daxilində, həm də xaricində olan seçicilərimiz bu seçkilərə böyük həfəs və ruh yüksəkliyilə qatılacaqlar.
QHT.az: QHT olaraq seçki prosesində hansı məsələlərə diqqət yetirməyi planlaşdırırsınız?
Azər Allahverənov: Olduqca maraqlı sualdır. Gedən proseslər onu göstərir ki, vətəndaş cəmiyyəti institutları seçki prosesində kifayət qədər fəallıq göstərirlər. Bəllidir ki, növbədənkənar seçki prosesində monitorinqlərin keçirilməsi və digər fəaliyyətləri özündə birləşdirən 3 koalisiya müşahidəçi qismində fəalliyyət göstərir. Öz missiyasına uyğun olaraq kifayət qədər QHT təmsil olunur. Bizim təşkilat 3 koalisiyanın heç birinə daxil deyil, amma təşkilatımız təşəbbüsü ilə yaradılmış digər bir koalisiya var ki, o koalisiyanın adı Miqrasiya Əməkdaşlıq Platformasıdır. Miqrasiya Əməkdaşlıq Platformasının 2023-cü ilin oktyabr ayının 18-də təsis edilib, burada 9 vətəndaş cəmiyyəti institutu təmsil olunur. Bizim koalisiyamız miqrantlarla bağlı işləyir. Bu prosesə öz tövfəmizi vermək istədik. Birinci xəttimiz ölkə ərazisində yaşayan əcnəblər, hansı ki azərbaycan vətəndaşı ilə nigahdadır, onların ailələrində olan maarifləndirmə tədbirləri həyata keçiririk. Əcnəbilər üzərindən həmin məsələ ilə bağlı işləyirik, görüşlərimiz təşkil olunur, onların ailəsində prezident seçkilərində iştirak edəcək 18 yaşa çatmış uşaqları seçki hüququ ilə bağlı onları maarifləndiririk. İkinci xətt Azərbaycan Respublikasının qoşulduğu “Bütün əməkçi miqrantları və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiyasına əsasən, ölkənin hüdudlarından kənarda yaşayan çoxsayı Azərbaycan Respublikasının vətəndaşları, hansı ki seçki prosesinə hazırlaşan vətəndaşlarla müəyyən maarifləndirmə işləri aparılır, danışıqlar, görüşlər təşkil olunur. Bu yaxınlarda Türkiyə, Rusiya, qismən Gürcüstan, Almaniya və ABŞ nümayəndələri ilə onlayn konfransda iştirak edəcəyik. Ölkədən kənarda yaşayan vətəndaşlarımız seçki prosesində fəal olan xaricdəki bizim seçki məntəqələrimizin ünvanları haqqında dəqiqləşdirmələr aparırlar. Miqrasiya Əməkdaşlıq Platforması bu istiqamətdə də işlər görür. Bir koalisiya olaraq, “Mənim səsim” adlı şüarı ilə maarifləndirmə kampaniyası həyata keçirməklə seçki prosesinə öz töhfəmizi verməyə çalışırıq. Hər hansı bir maddi dəstəyimiz, bununla bağlı hər hansı layihəmiz yoxdur. Bizim Miqrasiya Əməkdaşlıq Platformasında bu işlə məşğul olan işçi qrupumuz var. Əsas operator rəhbəri mən olduğum təşkilat olan Avrasiya Miqrasiya Təşəbbüsləri Platformasıdır. İnformasiya müstəvisində də, bizim platformaya üzv olan KİV-də əlaqələndirilmiş şəkildə, mütəşəkkil qaydada maarifləndirmə tədbirləri həyata keçiririk. Az vaxt qalmağına baxmayaraq, uğurlu fəaliyyətlərə imza atmışıq. 3- cü xəttin isə həm 18 yaşa çatmış vətəndaşlar, həm də Azərbaycanda vətəndaşlıq almış şəxslər bu seçki prosesində iştirak etmək hüququ qazanmaq olacaq, bunlara görə iştiraklarından şərəf duyuram. Ümid edirəm ki, vətəndaş cəmiyyəti institutları, QHT sektoru olaraq bu prosesə öz tövfələrini verəcək. Miqrasiya Əməkdaşlıq Platformasının daxili resursları hesabına keçiriləcək maarifləndirmə kampaniyası prezident seçkilərinin əhəmiyyəti, seçki hüququnun təmin olunması, seçicilərin hüquq və vəzifələri, geniş əhali qrupları, o cümlədən hazırda xarici ölkələrdə yaşayan və səsvermə hüququna malik Azərbaycan vətəndaşları arasında təbliğat və təşviqat işlərinin həyata keçirilməsi, həmçinin digər mövzuları əhatə edəcək.
QHT.az: Seçki prosesində şəffaflığın və ədalətli mühitin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verə bilərsinizmi?
Azər Allahverənov: Həyata keçirilən tədbirlər, hansı ki namizədlər üçün efir vaxtının ayrılması, bərabər şəraitin yaradılması və MSK-nın daim ölkə ictimaiyyətinin xüsusi elektroatı, beynəlxalq, yerli müşahidəçiləri xəbər axınının içərisində saxlaması, zəruri informasiyasıya ilə təmin etməsi, məntəqələrin, hətta mobil operatorların bu prosesə qoşulması seçkidə iştiraka təşviq edilməsi, məntəqələrin yerlərdə hazırlıq işlərinin yerinə yetirilməsi kimi məsələlər deməyə əsas verir ki, seçki prosesi tam şəffaf şəkildə həyata keçiriləcək. Bu proseslər ədalətli bir mühitdə baş verir. Bütün namizədlərə bərabər hüquqların verilməsi, zəruri şəraitlərin yaradılması, yerlərdə seçicilərlə görüşlərin keçirilməsini izləyirik. Vətəndaş cəmiyyəti üzvləri, QHT olaraq cəmiyyətdə gedən prosesləri nəzarətdə saxlayırıq. Biz namizədlər və vəkillərin böyük auditoriyalarda, 100-lərlə insanın qarşısında çıxışlar etdiklərini görürük. Görüşlərin keçirilməsi üçün yerlərdə şəraitlər yaradılır, təhlükəsizlik tədbirlərindən başlayaraq, mütəşəkkil və digər məsələlər sevindiricidir. Bunlar çox vacib bir göstəricilərdir. Bu da göstərir ki, ölkədə demokratik bir mühit mövcuddur, demokratik şərait yaradılıb və meydan açıqdır. Hər bir namizəd özünün seçkiqabağı platformasında çıxış etməklə çox sərbəstdir. Bəzən tənqidi fikirlər səsləndirənləri, siyasi mövqelərini bildirənləri, öz platformalarını çəkinmədən əhalinin geniş auditoriyalarına çatdıranları mətbuatda izləyirik. Faktiki olaraq demokratik mühit tam şəkildə təmin olunub. Yerli və beynəlxalq müşahidəçilərin, müxtəlif ixtisaslaşmış bexnəlxalq təşkilatların bu proseslərdə iştirakı, müsbət rəylərin verilməsi göstərir ki, pozitiv aura var. İnsanlar bu prosesdə çox rahat, demokratik prinsiplərə, normalara uyğun, böyük coşqu ilə iştirak etmək niyyətindədirlər.
QHT.az: QHT sədri olaraq vurğulamaq və ya diqqət yetirmək istədiyiniz məsələlər varmı?
Azər Allahverənov: QHT olaraq bizim seçki öncəsi həyata keçirdiyimiz fəaliyyət miqrantların ailə üzvləri arasında olan şəxslərlə, eyni zamanda ölkənin hüdudlarından kənarda yaşayan Azərbaycan respublikası vətəndaşları olan şəxslərlə, ölkənin hüdudlarında 18 yaşına çatmış Azərbaycan respublikası vətəndaşlığı əldə etmiş şəxslər bizim əsas hədəf qruplarımızdır. Biz qeyd etdiyim qruplarla sıx təmasda, mütəşəkkil qaydada işləyirik. Istəyərdik ki, daha böyük coğrafiyanı əhatə edək, elektratla işləyək, yerlərdə görüşlər keçirək. Keçmiş təcrübəyə əsaslanaraq yeni imkanlar əldə edirik. Bu seçki xalqımızı yeni dövrə aparır və bizi yeni, qürurverici perspektivlər gözləyir. Azərbaycan xalqına bu seçki prosesində uğurlar arzulayıram. Inanıram ki, xalqımız öz layiqli namizədinə səsini verəcək.
Pərvanə Fərhadqızı
QHT.az












