Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi İctimai Birliyinin sədri Aydın Xəlilov QHT.az -a açıqlamasında inklüzivliyin yalnız bir konsepsiya deyil, cəmiyyətin əsas prinsiplərindən biri olduğunu vurğulayıb.
QHT sədri bildirib ki, sağlamlıq vəziyyətindən və fiziki imkanlarından asılı olmayaraq, hər bir insan cəmiyyətə tam inteqrasiya olunmalı və bərabər hüquqlara sahib olmalıdır. O, xüsusilə inklüziv mədəniyyət və incəsənət sahəsinin əhəmiyyətini qeyd edərək, bu sahələrin yalnız yaradıcılıq məqsədlərini deyil, həm də qarşılıqlı hörmət, bərabərlik və insan ləyaqətinə hörmət kimi dəyərləri özündə cəmləşdirdiyini diqqətə çatdırıb.
“İnklüziv cəmiyyətin qurulması yalnız sözlərlə deyil, əməli fəaliyyətlərlə mümkündür. Bu yolda ilk addımlardan biri inklüziv mədəniyyət və incəsənətin inkişafı üçün şəraitin yaradılmasıdır. İnklüzivlik həyatın bütün sahələrində tətbiq edilsə cəmiyyət daha ədalətli və dayanıqlı olmasına xidmət edəcək".
Pərvanə Fərhadqızı






