Avstraliya Ukraynaya kömək etmək üçün E-7A Wedgetail hərbi casus təyyarəsini Avropaya yerləşdirəcək.

QHT.az xəbər verir ki, təyyarə Ukraynadan kənarda fəaliyyət göstərəcək - oktyabrda Almaniyaya göndəriləcək və orada altı ay qalacaq. 

Qeyd olunur ki, E-7A Wedgetail "Ukraynaya beynəlxalq humanitar və hərbi yardımın həyati vacib qapılarını qorumağa" kömək etməlidir. Bu təyyarə Ukrayna hüdudlarından kənarda humanitar və hərbi yardım qapısına qarşı istənilən təhlükə barədə erkən xəbərdarlıq edə biləcək.

E-7A Wedgetail ilə birlikdə Avstraliya Avropaya 100-ə qədər ekipaj üzvü və köməkçi personal göndərəcək.

 

Pərvanə Fərhadqızı