Avropa ölkələrindən birində saatda 20 kilometrdən artıq sürətə çata bilən elektrikli skuterlərin istifadəçilərini maraqlandıran yeni qayda qüvvəyə minib.

QHT.az xarici mediaya istinadən bildirir ki, Belçikada elektrikli skuterlərdən istifadə zamanı təhlükəsizliyi artırmaq məqsədi daşıyan yeni qayda sentyabrın 1-dən tətbiq olunmağa başlayıb. Qaydaya əsasən, maksimal sürəti saatda 20 kilometrdən çox olan elektrikli skuterlərdən istifadə edənlər kaska taxmalıdırlar.

Kaska məcburiyyətində skuterin istifadə zamanı hansı sürətlə hərəkət etməsi deyil, konstruksiyasına görə çata biləcəyi maksimal sürət nəzərə alınacaq. Buna görə də saatda 20 kilometrdən artıq sürət yığa bilən skuter daha aşağı sürətlə idarə edilsə belə, istifadəçi kaska taxmalıdır.