Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov Vyanada davam edən Aİ Şərq Tərəfdaşlığının Vətəndaş Cəmiyyəti Sammitinin əhəmiyyətindən danışıb.

QHT.az-a xəbər verir ki, QHT sədri bildirib ki, Azərbaycan üçün ərazi bütövlüyü məsələsi artıq öz həllini tapıb və bu baxımdan sənədlərdə "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik" ifadəsinin yazılmasına ehtiyac yoxdur: 

"Buradan II Qarabağ müharibəsində Zəfərimiz daha möhtəşəm görünür. Avropa İttifaqı ilə münasibətlərdə problemləri, bu əməkdaşlığın verdiyi imkanları da açıq müzakirə edirik. Artıq yaxşı haldır ki, Aİ müvafiq strukturları mövcud çətinlikləri, Avropa ilə əməkdaşlıq və risklər, dəyərlərə fərqli baxış məsələlərini açıq müzakirə edirlər. Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyət Forumunda da açıq müzakirələr pozitiv məqam kimi qeyd edilə bilər".